(+994 55) 208 86 78

info@turkiyedetehsil.net

Niyə Özyeğin Universiteti? - Türkiyədə Təhsil

sosyal bilimler

Özyeğin Universiteti fərq yaradacaq, dünyanı dəyişdirməyi məqsəd qoyan fərdlər yetişdirir. Tələbələrinə yeni üfüqlər açan, imkanları ilə tələbələrinin yetkinliklərini kəşf etməsini təmin edən Özyeğin Universiteti məzunlarının fərqlənərək digərlərindən öndə olmasını hədəfləyir. İş dünyası üçün uyğun hala gəlmələri, bir neçə dil bilmələri, sosial fəaliyyətlərlə yeni bacarıqlar qazanmaları və bunları inkişaf etdirmələri, məzun olmadan öncə mübadilə proqramları və ya staj imkanları ilə türkiyə xaricindəki ölkələrə gedərək qlobal bir vizyon qazanmaları üçün Özyeğin Universiteti tələbələrinə əhatəli bir tədris proqramı keçilir.

Özyeğin tələbələri kariyera istiqamətləndirməsi ilə bir neçə addım öndədir

Özyeğin Universiteti yenilikçi tədris modeli ilə tələbələrini iş həyatına çox yaxşı hazırlayır. Özyeğin Universiteti tələbələri oxuyarkən işləməyə, yayda təcrübə keçməyə və kariyeralarını formalaşdırmağa başlayırlar. Təşəbbüskar tələbələr ilk şirkətlərini yaradır, professional inkişaf kamandasından məsləhətlər ala bilirlər.

30 ölkədə 80-dən çox universitet ilə əməkdaşlıq

Özyeğin Universiteti aralarında Amerika, Kanada, Avstraliya və çox sayda Avropa universitetinin də olduğu 30 ölkədən 80-dən artıq qurumla əməkdaşlıq edir.

Təşəbbüskarlar yetişdirir

Özyeğin Universiteti hər tələbəsinin iş qurmasını gözləməsə də bütün məzunlarının dərslərdə və gerçək dünyada qazandığı təcrübələr ilə çevrəsindəki və işləyəcəyi qurumlarda fərq yaratma arzusu və əzmi ilə məzun olmasını hədəfləyir. Sadəcə “professionallar” deyil, təşəbbüskarlar yetişdirir.

Beynəlxalq və güclü akademik heyət

Özyeğin Universiteti rəhbərlik edə bilən, akademik yazılar, mükafat və patent sahibi heyətə sahibdir. İqtisadi İdarəetmə Elmləri və Mühəndislik Fakultələrinin tədris heyətinin 60%-i dünyada ilk 100, 85%-I isə ilk 200-də yerləşən universitetlərdən gəldi.

Maddi yöndən qənaətbəxş universitet

Özyeğin Universuteti müvəffəqiyyətli tələbənin şərtlər nə olur olsun keyfiyyətli təhsil ala bilməsi gərəkdiyinə inanır. 5 ildə tələbələrinə 200 milyon TL qarşılıqsız təqaüd ayırmışdır. Tələbələrinin 80%-i təqaüdlü təhsil alır.

Yenilikçilikdə ilk 10-luqdadır

Elm, Sənaye və Texnologiya Nazirliyinin açıqladığı “Universitetlərarası Təşəbbüskarlıq və Yenilikçilik İndeksi”-ndə 2013-cü ildə yeddinci olan Özyeğin Universiteti bir çox nüfuzlu universiteti geridə qoyaraq ilk 10-luqda yerini aldı.

Tədqiqat Universiteti

Bir çox tədqiqat mərkəzini özündə saxlayan Özyeğin Universiteti Türkiyənin iqtisadi və mədəni mərkəzi olan İstanbulda yerləşən gənc və dinamik tədqiqat universitetidir.

İdmanda Türkiyə Çempionu

Özyeğin Universitetinin 23 idman komandası 2013-2014 sezonunda 14 kubok, 50-dən çox medal qazanmışdı. Bakalavr proqramlarında oxuyan tələbələrdən məşhur idman dallarında milli idmançı olan, klublararası və Universitet İdman Federasiyası yarışlarında fəal olaraq iştirak edənlərə idman təqaüdü verilir.

13.000 m2-lik idman mərkəzi

Çekmeköy şəhərciyində yerləşən idman mərkəzi 1200 tamaşaçı tutumlu qapalı idman salonu, yarı olimpik üzgüçülük hovuzu və fitnes zalı ilə Özyeğin tələbələrinə idmanla iç-içə həyat təklif edir.

1900 nəfərlik yataqxana

1900 nəfərlik yataqxana binası tələbələrin özlərini evlərində hiss edəcəkləri şəkildə xidmət verir. 1-4 nəfərlik otaq seçimləri, ödənişli camaşırxana, iş otaqları, dincəlmə və qonaq salonu, TV salonu, bufet mövcuddur. Kamera sistemi, mərkəzi istilik, davamlı isti su, təhlükəsizlik, təcili yardım xidməti və simsiz internetə çıxış yataqxananın göstərdiyi digər xidmətlərdir.

Akademik Proqramlar

Özyeğin Universiteti hazırda 5 fakultə və 2 peşə məktəbi ilə ümumilikdə 23 bakalavr proqramı ilə tədris verir.  2013-2014 akademik ilində mövcud proqramlara əlavə olaraq Beynəlxalq Əlaqələr, Memarlıq, Sənaye məhsulları dizaynı, Kommunikasiya dizaynı, İnteryer Memarlığı və Ətrafmühit Dizaynı kimi bakalavr proqramları açdı.

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95
(+994 55) 208 86 78