Xaricdə ölkə universitetlərinə qəbul olduqdan sonra əsas məsələlərdən biri qalacaq yerdir.

Türkiyədə yataqxanalar iki yerə ayrılır: dövlətə bağlı Kredit və Yataqxanalar Təşkilatının yataqxanaları və universitetlərin özəl yataqxanaları.

Dövlət Yataqxanaları

Dövlət yataqxanalarının ən yaxşı tərəfi qiymət baxımından münasib olmasıdır. Bu yataqxanalarda qalmaq istəyən xarici tələbələr internet səhifəsi üzərindən müraciət etməlidir. Və qiymətinin münasib olması baxımından yerlərin tez bir zamanda tükəndiyini də unutmamaqda fayda var. Türkiye Bursları proqramı ilə Türkiyədə oxuyacaq tələbələr üçün isə bu yataqxanalarda yer ayrılmışdır və buna görə də əlavə müraciətə ehtiyac yoxdur.

Dövlət yataqxanalarında qalmaq üçün aylıq ödəniş 168 TL olaraq müəyyən olunub. Bundan əlavə yüksək standartlara sahib, özəl statusu olan dövlət yataqxanalarının isə aylıq ödənişi 180-285 TL arasında dəyişir.

Özəl Yataqxanalar

Dövlət yataqxanalarında yerlərinin limitli olması və qiymətlərin münasib olması səbəbilə yerlər tez dolur. Buna görə də bir çox tələbə özəl yataqxanalara müraciət edir. Qəbul olunduğunuz universitet sizə özəl yataqxana təklif edir. Bu tip yataqxanalarda daha çox xarici tələbələrə üstünlük verilir.

Özəl universitetlərdə aylıq ödəniş 700 – 2500 TL arasında dəyişir. Bu qiymətlərə çox vaxt yemək daxil deyil. Qiymətlər otaq tiplərindən asılı olaraq dəyişir.

Özəl universitetlərdə qalmağa qərar verdikdən sonra diqqət ediləcək əsas nüans isə yataqxana ilə müqavilə imzalanarkən ödənişin aylıq yoxsa illik tələb olunduğudur.

 

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95 (+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]