Eskişehir Osmangazi Universitetinin yaranma tarixi olaraq Eskişehirdə universitet həyatına başlayan Tibb, Mühəndislik-Memarlıq və Dəqiq Elmlər – Ədəbiyyat Fakultələrinin yaranma tarixi olan 1970-ci il götürülür.

18 Avqust, 1993-cü ildə 496 saylı qərarla Eskişehirdə Osmangazi Universiteti adı ilə yeni bir universitet qurulmuş və Anadolu Universitetinə bağlı olan Tibb, Mühəndislik-Memarlıq və Dəqiq Elmlər-Ədəbiyyat Fakultələri, Sağlamlıq Xidmətləri və Eskişehir Sağlamlıq Xidmətləri peşə məktəbləri, Dəqiq Elmlər, Metallurgiya və Sağlamlıq Elmləri İnstitutları ilə yeni qurulan İqtisadiyyat və idarəetmə Elmləri fakultəsi və Sosial Elmlər İnstitutu bu universitetə daxil edilmişdir.

2015-2016-cı tədris illəri etibarilə 11 fakultə, 1 dövlət konservatoriyası, 4 peşə məktəbi, 5 institut, 1264-ü doktorantura, 3813-ü magistr, 22857-si bakalavr olmaqla ümumilikdə 29822 tələbə təhsil alır.

Fakultələr

  • Tibb Fakultəsi
  • Stomatologiya Fakultəsi
  • Dəqiq Elmlər – Ədəbiyyat Fakultəsi
  • Mühəndislik-Memarlıq Fakultəsi
  • İqtisadiyyat və İdarəetmə Elmləri Fakultəsi
  • İlahiyyat Fakultəsi
  • Pedaqoji Fakultə
  • Sağlamlıq Elmləri Fakultəsi
  • İncəsənət və Dizayn Fakultəsi
  • Turizm Fakultəsi
  • Əkinçilik Fakultəsi

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95

(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]