Mimar Sinan Güzel Sanatlar Universiteti sənətşünas, arxeoloq, rəssam, memar Osman Hamdi Bey tərəfindən 1882-ci ildə Sanayi-i Nefise Mektebi adı ilə yaradıldı. Türkiyənin ilk sənət və memarlıq kolleci olan qurum 1928-ci ildə Güzel Sanatlar Akademiyası adını aldı və beləliklə ölkədə Akademiya adını alan ilk qurum oldu.
2004-cü ildə Mimar Sinan Güzel Sanatlar Universiteti adını qazandı və bugün universitet tərkibindəki 3 fakultə, 1 peşə məktəbi, 2 institut və 1 kanservatoriya fəaliyyət göstərir.
Tələbə Klubları
Universitetdə tələbələrin sosial, mədəni və idman tədbirlərini həyata keçirə biləcəyi 45 klub və 4 komanda mövcuddur. Klublar içində Fotoqrafiya Klubu, Rəqs Klubu, Teatr Klubu, Alpinistlər Klubu, Kinoteatr Klubu, Pantomim Klubu və s. vardır.
Ətraflı Məlumat üçün Bizə Zəng Edin!
(+994 12) 505 83 95
(+994 55) 208 86 78