Namık Kemal Universiteti 17 Mart 2006-cı ildə yaradılmışdır.

Hazırda Universitet magistr səviyyəsində təhsil verən 3 institut, bakalavr səviyyəsində təhsil verən 9 fakultə və 3 kollec, subbakalavr səviyyəsində təhsil verən 11 peşə məktəbi, 1 konservatoriya, 10 tədqiqat və tətbiq mərkəzi, rektorluğa bağlı 5 ixtisas, 32.012 tələbəsi və 1478 işçisi ilə 2000-ci ildən sonra qurulan universitetlər içində ilk üçlükdə yerləşir.

Tələbə Mübadilə Proqramları

Ali Təhsildə beynəlxalq əlaqələrin və fərqli ölkələr və universitetlərdən qazanılacaq bilgi və təcrübənin tələbələrin elmi inkişafında əhəmiyyətli faydası olacağına inanan Namık Kemal Universitetinin bugün bir çox ölkə və universitet ilə əlaqələri vardır.

Tələbələr bu qarşılıqlı anlaşmalar sayəsində təhsillərinin bir hissəsini xarici ölkədəki universitetlər də ala bilər.

Universitetdə Erasmus, Mevlana, Farabi tələbə mübadilə proqramları ilə başqa universitetlərə keçid etmək mümkündür.

Bugün Erasmus Proqramı çərçivəsində Namık Kamal Universitetinin 21 fərqli ölkədən 83 universitet ilə müqaviləsi vardır. 255 tələbə isə bu proqram çərçivəsində xaricdə təhsil alır.

Tələbə Cəmiyyətləri

Namık Kemal Universiteti tələbələri incəsənətdən idmana, elmdən ədəbiyyata bir çox sahədə tədbirlər keçirmək, təhsil və tədqiqat fəaliyyətini davam etdirmək məqsədilə qurduqları cəmiyyətlərlə il ərzində saysız-hesabsız tədbirlər gerçəkləşdirirlər. Universitet tələbə cəmiyyətlərinə dəstək verir və il ərzində bir çox mövzuda pulsuz kurslar təşkil etmələrinə köməklik göstərməkdədir.

Hazırda tələbələrin fərqli sahələrdə qurduqları 82 tələbə cəmiyyəti fəaliyyət göstərir.

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95

(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]