(+994 55) 208 86 78

info@turkiyedetehsil.net

Niğde Ömer Halisdemir Universiteti - Türkiyədə Təhsil

Niğde Ömer Halisdemir universiteti

Ömer Halisdemir Universiteti Türkiyənin Niğde bölgəsində 3 İyul 1992-ci ildə qurulmuş dövlət universitetidir.

Ömer Halisdemir Universiteti tərkibindəki 5 fakultə, 2 kollec, 6 peşə məktəbi və 2 institut, 620 akademik və 396 inzibati heyət və 14 mindən çox tələbəsi ilə tədris fəaliyyətini davam etdirir.

Yataqxana

Tələbələrin yataqxana ehtiyacları əsasən dövlət yataqxanası olar Kredi Yurtlar Kurumu tərəfindən qarşılanır. Kredi Yurtlar Kurumunun Kumluca bölgəsində 2626 nəfərlik Niğde Yurt Müdürlüğü, Mərkəzi şəhərcik daxilində 580 nəfərlik yataqxana və başqa bir bölgədə 664 nəfərlik yataqxana olmaqla ümumilikdə 3870 nəfərlik 3 ədəd yataqxanası mövcuddur.

İdman

Mərkəzi universitet şəhərciyində 5000 nəfərə xidmət göstərə biləcək idman təsisi yerləşir. Təsisdə futbol, voleybol, həndbol və tenis salonları vardır. Salonlar həftənin yeddi günü 08:00-21:00 saatlarında fəaliyyət göstərir.

Yeməkxana

Mərkəzi universitet şəhərciyində tələbə və personalın faydalana biləcəyi yeməkxana mövcuddur.

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95
(+994 55) 208 86 78