Xaricdə təhsil son dövrlərdə tələbələr və şagirdlər arasında olduqca məşhur mövzulardan biridir. Təhsil almaq üçün xarici universitetlərə müraciət edənlərin sayı günü-gündən artmaqdadır. Bunun bir çox səbəbləri vardır. Misal olaraq, yüksək reytinqli universitetləri bitirmək beynəlxalq səviyyədə tanınan diploma yiyələnmək və müvəffəqiyyətli kariyera qurmaq şansı yaradır.

Bir çoxları bu məqsədlə Türkiyə Universitetlərində təhsil almağı üstün tutur.

Türkiyədə təhsil almağın üstünlükləri arasında dil çətinliyinin olmamasını, məsafənin ölkəmizə digər ölkələrdən daha yaxın olmasını, viza xərclərinin olmamasını saymaq olar.

Türkiyədə təhsil almaq isə düşündüyünüz qədər çətin deyil. Türkiyə Universitetlərinə qəbul TQDK və YÖS imtahan nəticələri, beynəlxalq fənn olimpiadaları medalları ilə yanaşı, sadəcə ATTESTAT qiymətləri ilə də mümkündür.

İstənilən ixtisasa qəbul mümkündür. Dövlət universitetlərinin təhsil haqları 200 – 750 azn aralığında dəyişir. Universitetə qəbul olunduğu halda hərbi xidmətdən möhlət hüququ verilir və diplomlar Azərbaycanda 100% tanınır.

Türkiyə Universitetləri tələbələrə yataqxana  xidməti də təklif edir. Qiymətlər 130 azn-dən başlayır.

İmtahansız, sadəcə attestat ilə qəbul şansı olan universitetlər:

  • Aksaray Universiteti
  • Artvin Çoruh Universiteti
  • Onyedi Eylül Universiteti
  • Bartın Universiteti
  • Çanakkale Onsekiz Mart Universiteti
  • Çankırı Karatekin Universiteti
  • Kütahya Dumlupınar Universiteti
  • Giresun Universiteti
  • Tokat Gaziosmanpaşa Universiteti
  • Kars – Kafkas Universiteti
  • Kahramanmaraş Sütçü İmam Universiteti
  • Karabük Universiteti
  • Kastamonu Universiteti
  • Burdur Mehmet Akif Ersoy Universiteti
  • Sinop Universiteti
  • Uşak Universiteti
  • Zonguldak Bülent Ecevit Universiteti
  • Düzce Universiteti
  • Kırıkkale Universiteti

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95 (+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]