Öncə təhsil tədris proqramını seçmək lazımdır. Hər bir proqramın özünə məxsus qəbul vaxtı var.
Bundan əlavə proqramların müxtəlif xarici dil tələbləri var ki, onlarla öncədən tanış olmaq lazımdır. Seçdiyiniz tədris proqramına sənədləri və ya test nəticələrini almağı gözləyirsinizsə, qəbul prosesinə başlamaq üçün hazır olan sənədləri təqdim edin ki, vaxt itirməyəsiniz.
Sənədləri skan edin və bizim əməkdaşın sizə təqdim etdiyi mail ünvanına göndərin.
Qeyd etmək istərdik ki, universitetlər tərəfindən sənədlərə baxılması 2 həftəyə qədər vaxt aparır.
Atetstatla təhsil üçün müraciət etdikdə depozitin universitet hesabına ödənilməsi
Sənədlərə ilkin baxıldıqdan sonra universitetin rəsmi hesabına depoziti ödənilməlidir. Rəsmi qəbul məktubu (Letter of Acceptance) almaq üçün universitet hesabına depozitin ödənilməsi tələb olunur. Geri qaytarılmayan depozit sizin universitetdə təhsil almaq niyyətinizin təminatı rolunu oynayır və universitetdə qeydiyyatdan keçərkən təhsil haqqının ödənişindən çıxılacaqdır.
Denklik – Türkiyə məktəb sistemində orta məktəb diplomunun və ya diplomun ekvivalentliyini təsdiq edən uyğunluq sertifikatıdır. Sertifikat ərizəçinin ölkəsindəki Türkiyə Konsulluğu tərəfindən verilir və universitetdə qeydiyyatdan keçmək üçün tələb olunur. Denklik sertifikatını əldə etmək üçün öyrənilən fənləri, alınan qiymətləri və hər bir fənn üzrə təhsil saatlarını göstərməklə sertifikatın əslini və onun ingilis və ya türk dilinə tərcüməsini ölkənizdəki Türkiyə konsulluğuna təqdim etməlisiniz.
Tələbələr Türkiyəyə gəlməzdən əvvəl universitet və yataqxananı xəbərdar etmək üçün bilet göndərməlidirlər.
Türkiyəyə getməyə hazırlaşarkən aşağıdakı sənədləri özünüzlə aparın: