Ankara Universiteti 1946-cı ildə Türkiyənin paytaxtı Ankarada yaradılmış dövlət universitetidir. Ankara Universitetinin tərkibində 18 fakultə, 13 institut, 11 peşə kolleci, 1 kanservatoriya, 48 önlisans, 113 bakalavr proqramı, 34 tədqiqat mərkəzi mövcuddur. Hazırda 3720 akademik heyət universitetdə işləməkdədir. Ötən illərdə keçirilən Türkiyənin ən yaxşı universitetləri sıralamasında 6-cı sırada yerləşir.

Universitələ qəbul şərtləri

  1. SAT I sınavından en az 1100 toplam puan və ən az 650 matematik puanı.
  2. AYÖS 2017 veya AYÖS 2018‘den en az 50 standart puan.

Təqaüd İmkanları

Universitetdə təqaüdlü təhsil almanızı təmin edəcək Türkiye Bursları proqramından yararlana bilərsiniz.

Magitr programlarını təqaüdlü oxumaq istəyən tələbələr həm Türkiye Bursları proqramına, həm də TÜBİTAK tərəfindən beynəlxalq tələbələrə verilən təqaüdlərdən yararlana bilərsiniz.

Mübadilə Proqramları

Ankara Universiteti Erasmus Proqramında iştirak edir. Bu proqram çərçivəsində tələbələr Avropa Birliyi universitetlərində tələbə mübadilə proqramı vasitəsilə təhsilini davam etdirə və ya təcrübə keçə bilər.

Ankara Universiteti tələbələrə IAESTE və AISEC kanalı ilə dünyanın hər tərəfindən 100-dən artıq universite ilə imzaladığı ikili mübadilə proqramları ilə Yaponiyadan ABŞ-a, Cənubi Afrika Cümhuriyyətindən Rusiyaya qədər geniş xarici təcrübə və təhsil imkanları təklif edir.

Yataqxana və Nəqliyyat Xidməti

Universitetə bağlı bir çox fakultə və kollec Ankara içində olduğu üçün tələbələr şəhər içindəki kütləvi nəqliyyat vasitələrindən yararlana bilər. Bu baxımdan tələbələrin nəqliyyat problemi yoxdur.

Universitetin Ankara içində 6 və Beypazarında isə 1 tələbə evi vardır. Tələbə evlərində tələbələrin məskunlaşmaları ilə yanaşı digər bütün ehtiyaclarının ödənilməsinə xüsusi diqqət edilir.

Kitabxana

Ankara Universiteti 29 kitabxanaya sahibdir. Bu kitabxanalarda tədqiqat və tələbələrin bilgi ehtiyaclarını qarşılaya biləcək genişlikdə şəhəriçi və şəhər xaricindən çap və elektronik nəşrlərə malikdir. Üstəlik Türkiyənin ən geniş online kitabxana şəbəkəsi ilə dünyadakı elmi nəşrlərə çata bilmə şansı yaradır.

İdman, Sosial və Mədəniyyət Tədbirləri

Universitetlərin dərs  xaricində boş zamanını ən yaxşı şəkildə dəyərləndirməsi məqsədilə bir çox idman, mədəni və sosial imkanlar təqdim etməkdədir. Universitetin Sağlamlıq, Mədəniyyət və İdman Şöbə Başqanlığına bağlı bir qapalı olimpik üzmə hovuzu, beş idman salonu, üç məşq salonu mövcuddur.

Fakultələr

  • Dil və Tarix Coğrafiya Fakultəsi
  • Stomatologiya Fakultəsi
  • Əczaçılıq Fakultəsi
  • Təlim Elmləri Fakultəsi
  • Dəqiq Elmlər Fakultəsi
  • Hüquq Fakultəsi
  • İlahiyyat Fakultəsi
  • İctimaiyyətlə əlaqələr Fakultəsi
  • Mühəndislik Fakultəsi
  • Sağlamlıq Elmləri Fakultəsi
  • İdman Elmləri Fakultəsi
  • Tibb Fakultəsi
  • Baytarlıq Fakultəsi
  • Əkinçilik Fakultəsi

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95
(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]