İstanbul Universiteti Türkiyənin ən qədim universitetidir. Əsası 1453-cü ildə Konstantinopolun Fatih Sultan Mehmet tərəfindən tutulmasından bir gün sonra qoyulmuşdur. 1933-cü ildən isə artıq indiki halı ilə müasir İstanbul Universiteti formalaşmışdır. 2011-ci ildən Dünyanın Ən Yaxşı 500 Universiteti arasında Türkiyədən yeganə universitet olmuşdur.

Universitetə Qəbul Qaydaları

Universitetə qəbul aşağıdakı imtahan nəticələrinə əsasən aparılır:

  1. SAT: min 1200
  2. YÖS:

Kitabxana və Tədqiqat İmkanları

Universitetin quruluş məqsədi elmi tədqiqatlar aparmaq, ölkəsini elmi işlərlə təmsil etmək və gələcəyə aparmaqdır. İstanbul Universiteti də bu anlayış çərivəsində tələbələrinə dərslərində və elmi tədqiqatlarında köməklik edəcək bütün imkanları təqdim edir. Xüsusilə tədqiqat işləri üçün universitetdə çox zəngin bir kitabxana vardır. Zəngin arxivi ilə keçmişlə bugünü, şərq ilə qərbi birləşdirən universitetin kitabxanası eyni zamanda Türkiyə Cumhuriyyətinin də ilk kitabxanasıdır. Kitabxana sadəcə tələbələrə deyil, həmçinin xalqa və xaricdən gələn tədqiqatçılara da açıqdır.

Tələbə Mədəniyyət Mərkəzi

Müasir və keyfiyyətli təhsillə yanaşı tələbələri sosial və mədəni baxımdan da dəstəkləmək məqsədilə tələbələrə çox geniş imkanlar təqdim edir. Fakultə tərkibində qurulan təqribən 100-dən artıq tələbə klublarında tələbələrimiz işlərini davam etdirə biləcəkləri kimi, Tələbə Mədəniyyət Mərkəzində də maraq sahələrinə uyğun klublara qatıla bilirlər.

Tələbə Mədəniyyət Mərkəzinin tərkibində hazırda 13 klub vardır. Sinema, Teatr, Rəsm, Xalq Musiqisi, Fotoqrafiya, Ebru, Musiqi kimi incəsənət klublarından əlavə, Fəlsəfə, Ədəbiyyat, Dil, Kompyuter, Siyasət və Sosial Tədqiqatlar kimi daha ictimai və elmi klublar da fəaliyyət göstərir.

Sağlamlıq Xidmətləri

İstanbul Universitetləri tələbələri sağlamlıq xidməti mövzusunda digər universitet tələbələrinə görə imtiyazlıdır. 1961-ci ildən bəri bərabər, müasir və keyfiyyətli sağlamlıq xidməti göstərməkdədir.

Yataqxana

İstanbul xaricindən gələnlər üçün əsas problemlərdən biri də yataqxana  problemidir. Bu problemi aradan qaldırmaq məqsədilə Universitet tələbələrə 1500 nəfərlik olduqca böyük bir yataqxana təklif edir. Yataqxana uiversitetin Avcılar şəhərciyində yerləşir.

Fakultələr

  • İstanbul Tib Fakultəsi
  • Hüquq Fakultəsi
  • Ədəbiyyat Fakultəsi
  • Dəqiq elmlər Fakultəsi
  • İqtisadiyyat Fakultəsi
  • Əczaçılıq Fakultəsi
  • Stomatologiya Fakultəsi
  • Menecment Fakultəsi
  • İctimaiyyətlə Əlaqələr Fakultəsi
  • Siyasi Elmlər Fakultəsi
  • İlahiyyat Fakultəsi
  • Su Elmləri Fakultəsi
  • Memarlıq Fakultəsi
  • Distant Təhsil Fakultəsi
  • Nəqliyyat və Logistika Fakultəsi

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95

(+994 55) 208 86 78