Türkiyənin nüfuzlu universitetlərindən biri olan Boğaziçi Universiteti 1863-cü ildə, İstanbul şəhərində Sayrus Hemlin və Kristofer Robert tərəfindən yaradılmışdır.

Akademik heyət və tələbə sayı

Universitet daxilində 4 fakultə, 2 kollec, 6 institut, 32 bakalavr, 56 magistr və 32 doktorantura proqramları, 17 tədqiqat mərkəzi fəaliyyət göstərir. Boğaziçi Universitetinin 11417 bakalavr, 4267 magistr olmaqla 15684 tələbəsi vardır. Universitetin akademin heyət sayı isə 605-dir. Boğaziçi Universiteti Avropa, Amerika, Avstraliya, Uzaq şərqdəki bir çox universitet ilə qarşılıqlı mübadilə müqavilələri sayəsində tələbələrə xarici təhsil imkanı da təklif edir. 75 ölkədən 755 xarici tələbə burada təhsil alır və ya təhsilini davam etdirir.

Tələb Olunan İmtahan Nəticələri

Universitetə qəbul aşağıdakı imtahanlar üzrə aparılır:

  1. SAT: “Math” imtahanında 40 üzərindən 35.5
  2. İngilis dili: İELTS: 6.5, TOEFL: 79

Təhsil haqqı

Xarici tələbələr üçün təhsil haqqı 1500-6000 tl.

Universitet Şəhərciyi

Universitet ümumilikdə 6 şəhərcikdən ibarətdir.

Cənub şəhərciyi

Universitetin əsas şəhərciyidir. Rektorluq, İqtisadiyyat və idarəetmə fakultələri, Ədəbiyyat fakultəsi, Mühəndislik fakultəsi, Xarici Dillər Kolleci, Konferans və Konsert Mərkəzi, Tələbə Fəaliyyətləri Binası, Qız və oğlan yataqxanaları və s. bu şəhərcikdə yerləşir.

Şimal şəhərciyi

Bu şəhərcikdə Pedoqoji fakultə, Kompyuter mühəndisliyi binası, Təlim Texnologiyaları binaları, Dəqiq elmlər və Mühəndislik laboratoriyaları, kitabxana, ikinci qız və oğlan yataqxanaları, Xarici Dillər Kolleci yerləşməkdədir.

Uçaksavar şəhərciyi

Uçaksavar rayonunda yerləşən bu şəhərcikdə atletizm meydançası, idman salonları, “Superdorm” tələbə yataqxanası və Qaranti Mədəniyyət Mərkəzi yerləşir.

Hisar şəhərciyi

Sarıyer rayonunda yerləşən bu şəhərcikdə Ekologiya İnstutu və Təbiət elmləri Kolleci yerləşir.

Sarıtəpə şəhərciyi

Şəhərcik Qaradəniz sahilində yerləşir. Xarici Dillər Kolleci, iki ədəd tələbə yataqxanası, Sosial Elmlər binası və universitetə aid çimərlik burada yerləşir.

Kandilli şəhərciyi

Tarixi Kandilli Rəsədxanası və Zəlzələ Tədqiqat İnstutu burada yerləşir.

Tələbə Həyatı

Boğaziçi Universiteti akademik zənginliyi və sosial imkanları ilə tələbələrin həyatını bənzərsiz bir hala gətirir. İyirmidən artıq idman komandasına sahib olan universitet hər il təşkil olunan universitetlərarası idman yarışlarında sərgilədiyi uğurlarla diqqət çəkir. Tələbələr boş vaxtlarını dəyərləndirmək  və yeni hobbilər qazanmaq üçün universitet tərkibində açılan photoshop, fotoqraflıq kimi kurslara gedə və ya 40-a yaxın tələbə klubuna üzv ola bilər.

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95
(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]