Türkiyənin ən iri universitetlərindən biri də Mərmərə Universitetidir. Universitetin tərkibində 16 fakultə, 11 institut, 5 kollec və 4 peşə kolleci mövcuddur. Universitetdə təhsil Türk dili, İngilis dili, Fransız dili, Alman dili və Ərəb dilində aparılır.
Universitetə Qəbul üçün Tələblər:
- SAT:
1) Tibb: 1600 üzərindən ən az 1200 ümumi bal (“Math” testindən 800 üzərindən ən az 680 bal)
2) Digər: 1600 ümumi bal üzərindən ən az 1100 ümumi bal (“Math” testindən 800 üzərindən ən az 600 bal )
Akademik Fəaliyyət
Universitetdə 48088 bakalavr, 17491 magistr olmaq ümumilikdə 78344 tələbə təhsil alır. 231 Bakalavr, 550 magistr proqramları fəaliyyətini davam etdirir. Akademik heyət sayı 3422-dir.
Tələblər:
Bakalavr dərəcəsində təhsil almaq istəyən tələbələr
üçün SAT, Magistr dərəcəsində təhsil almaq istəyənlər üçünsə Türkcə TYS (Türkcə
Yeterlilik Sınavı) və ya Tömər, İngiliscə təhsil üçünsə YDS (Yabancı Dil
Sınavı) və ya TOEFL tələb edilir.
Tələbə Klubları
Universitet tərkibində aktiv olaraq fəaliyyət göstərən 136 klub vardır.
Yataqxana İmkanları
Özmen Akatar Qız Yataqxanası 478 tələbəyə xidmət edir. Yataqxanada 3 çalışma otağı, tv otağı, kantin, camaşırxana, internetli kompyuter otağı və s. mövcuddur.
Universitet Şəhərcikləri
Mərmərə Universiteti İstanbulun ərazisinə yayılmış 14 şəhərcikdə fəaliyyət göstərir. Bunlardan Acıbadem, Anadoluhisarı, Bağlarbaşı, Başıbüyük, Göztepe, Haydarpaşa, Kartal və Pendik şəhərcikləri Asiya tərəfində, Bahçelievler, Beyazıt, Nişantaşı, Sultanahmet, Şişli və Tarabya şəhərcikləri isə Avropa tərəfində yerləşir.
Fakultələr
- Atatürk Təhsil Fakultəsi
- Stomatologiya Fakultəsi
- Dəqiq Elmlər- Ədəbiyyat Fakultəsi
- İncəsənət Fakultəsi
- Hüquq Fakultəsi
- İqtisadiyyat və İdarəetmə Fakultəsi
- İlahiyyat Fakultəsi
- İctimaiyyətlə əlaqələr Fakultəsi
- Mühəndislik Fakultəsi
- Sağlamlıq Elmləri Fakultəsi
- Tibb Fakultəsi
- Texniki Tədris Fakultəsi
- Texnologiya Fakultəsi
Ətraflı Məlumat üçün Bizə Zəng Edin!
(+994 12) 505 83 95 (+994 55) 208 86 78
Qeydiyyat
[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]