İstanbul Texniki Universiteti və ya qısaca İTÜ İstanbul şəhərində yerləşən dövlət universitetidir. 1773-cü ildə mühəndislik təhsili vermək üçün yaradılmışdır. Dünyanın ən qədim texniki universitetlərindən sayılır.

İTÜ bugün tərkibində 13 fakultə, 39 ixtisas və 6 institut ilə 22000 bakalavr, 10000 magistr, 3300 doktorantura tələbəsi və 2100 akademik heyət ilə təhsil həyatını davam etdirməkdədir.

Universitetə Qəbul Qaydaları

  1. SAT: 1600 bal üzərindən ən az 1000 bal (“Math” testindən 800 üzərindən ən az 600 bal)
  2. İngilis dili: İELTS: 6.5, TOEFL: 75

İstanbul Texniki Universitetinin tədris binaları 5 kampusda yerləşir.

Əsas şəhərcik olan Ayazağa kampusu  İstanbulun Maslak bölgəsində yerləşir. Rektorluq və idarəetmə şöbələri bu kampusdadır. Ayazağa Kampusunda bakalavr təhsili verən İnşaat, Elektik-Elektronika, Kimya-Metallurgiya, Mədən, Dəqiq Elmlər-Ədəbiyyat, Təyyarə və Kosmos, Gəmi İnşaatı və Dəniz Elmləri Fakultələri, magistr və doktorantura tədrisinin aparıldığı beş institutdan 4-ü: Nüvə enerjisi, Dəqiq Elmlər, Avrasiya və Yer Elmləri və İnformatika İnstitutları Ayazağa şəhərciyində yerləşir.

Bu kampusda yerləşən Mərkəzi Kitabxana, kompyuter laboratoriyaları vəTələbə Sosial Mərkəzi şəhərciyin intensiv yaşayış sahələridir. Şəhərcikdə 12 ədəd hər biri 58 tələbə tutumlu “Nohur Yataqxanaları”, 60 tələbə tutumlu 4 ədəd “Vadi Yataqxanaları” tələbələrimizə mükəmməl bir həyat keyfiyyəti təklif edir. Həmçinin bu şəhərcikdə 400 tələbə tutumlu “Ayazağa Qız yataqxanası”, 110 tələbə tutumlu “Verda Üründül Qız Yataqxanası” yerləşir. 1400 tələbə tutumlu dörd blokdan ibarət olan və idman salonu ilə sosial mərkəzini özündə saxlayan “İTÜ tələbə yaşayış yeri” xidmət göstərməkdədir.

Tələbə klub tədbirləri Mədəniyyət və İncəsənət şöbəsində və İdman tədbirləri isə İdman şöbəsində cəmlənməkdədir. Ayazağa şəhərciyi tələbələri May ayında bütün İTÜ-lülər üçün Mədəniyyət və İdman şənlikləriylə canlanan bir mühit yaratmaqdadır.

Şəhər mərkəzində yerləşən üç şəhərcik:  Gümüşsuyu, Taskışla və Maçka şəhərcikləridir. Gümüşsuyu və Taşkışla şəhərcikləri 19-cu əsr İstanbulunda ən önəmli ticarət və mədəniyyət mərkəzi olan və bugün də əhəmiyyətini saxlayan Taksim bölgəsindədir. Gümüşsuyu şəhərciyində Mexanika fakultəsi, idman salonu və açıq hava idman sahələri yerləşməkdədir.

Taşkışla şəhərciyində Memarlıq fakultəsi, Sosial Elmlər institutu, İncəsənət fakultəsi, Təhsil mərkəzi mövcuddur.

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95
(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]