Hacettepe Universiteti 1967-ci ildə Ankara şəhərində yaradılmışdır. Universitetdə təhsil türkcə, ingiliscə, fransızca və almanca aparılır.

Akademik Proqramlar

Universitetdə 15 fakultə, 15 institut, 2 kollec, 1 konservatoriya, 4 peşə məktəbi, 98 tədqiqat mərkəzi fəaliyyət göstərir.

Universitetə Qəbul Qaydaları

  1. SAT: ümumi 1600 bal üzərindən minimum 1100 (Riyaziyyat minimum 600).
  2. YÖS:
    1. Tibb və stomatologiya fakultələri üçün ən azı 70 bal
    1. Əczaçılıq fakultəsi üçün ən az 60 bal
    1. Mühəndislik və dəqiq elmlər fakultəsi üçün minimum 50 bal
    1. Digər fakultələr və Kolleclər üçün 45 bal
  3. GCE: Ortalamanın ən azı C olması şərti ilə.

Tələbə həyatı və Sosial İmkanlar

Hacettepe Universiteti Türk universitetləri arasında tərkibində ən çox – təqribən 140 fərqli cəmiyyət – tələbə cəmiyyəti olan universitetlərdən biridir. Sənət, idman, elm, siyasət, texnologiya kimi müəyyən sahələrdə tədbirlər keçirən klublarla yanaşı heyvan, qadın və insan haqqları üzərində işlər aparan qruplar da vardır. Tələbələr sadəcə mövcud cəmiyyətlərə üzv olmaqla qalmayıb, müəyyən şərtlər daxilində maraq dairələrinə uyğun  olaraq öz klublarını da qura bilərlər.

Kitabxanalar

Cümhuriyyət tarixinin ən qədim universitetlərindən olan Hacettepe Universiteti tələbə və müəllim heyətinin yararlana biləcəyi elmi qaynaqlar cəhətdən də ölkədəki sayılı universitetlərdən biridir. Beştepe, Beytepe və Sıhhiyye şəhərciklərində üç böyük kitabxanası olan universitet, mövcud qaynaqlarına şəhərcik xaricindən də çata bilmək üçün internet üzərindən istifadə edilə biləcək-ekitabxana sistemi də qurmuşdur.

Universitet şəhərciyi

Universitetin beş şəhərciyi mövcuddur. Əsas şəhərcik olan və Ankarada yerləşən Sıhhiye  şəhərciyi hesab olunur.

Fakultələr

  • Stomatologiya Fakultəsi
  • Əczaçılıq Fakultəsi
  • Ədəbiyyat Fakultəsi
  • Pedaqoji Fakultəsi
  • Dəqiq Elmlər Fakultəsi
  • Hüquq Fakultəsi
  • İqtisadiyyat və İdarəetmə Fakultəsi
  • Mühəndislik Fakultəsi
  • İncəsənət Fakultəsi
  • Tib Fakultəsi
  • İctimaiyyətlə Əlaqələr Fakultəsi
  • Sağlamlıq Elmləri Fakultəsi

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95

(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]