Giresun Universiteti 2006-cı ildə Türkiyənin Giresun şəhərində yaradılmış dövlət universitetidir.

Hazırda universitet 13 fakultə, 3 institut, 6 kollec, 13 peşə məktəbi, 19 tətbiqetmə və tədqiqat mərkəzi ilə elmi fəaliyyətinə davam edir. Universitetin 31.000-dən çox tələbəsi, 850 akademik heyəti mövcuddur.

Universitetə Qəbul həm SAT/YÖS kimi imtahanların nəticələri əsasında, həm də sadəcə ATTESTAT-la mümkündür.

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]

Universitet bakalavr səviyyəsində 34 ixtisas üzrə 48 proqram, subbakalavr səviyyəsində isə 49 ixtisas üzrə 109 proqram təklif edir.

Ən məşhur bakalavr ixtisasları

  • Bank işi və Maliyyə
  • İqtisadiyyat
  • İslam Elmləri

Universitet Şəhərcikləri

Universitetin Güre, Nizamiye, Gazi və bir çox rayonlarında şəhərcikləri vardır.

Əsas şəhərcik Güredə yerləşir. Hazırda Güre Şəhərciyində Rektorluq binası, Təhsil fakultəsi, İqtisadiyyat və İdarəetmə Fakultəsi, Mühəndislik Fakultəsi, Dövlət Konservatoriyası ilə idman salonları, kitabxana, iki konferans salonu, mərkəzi laboratoriya və s. vardır.

Güre Şəhərciyi Qaradəniz sahilyolu üzərində yerləşur. Ətrafı dağlıq ərazilərlə əhatələnmiş universitetin şimalında Qara Dəniz yerləşir. Şəhərin səs-küyündən uzaq, olduqca təbii bir mühiti vardır.

Giresun Universitetinin Giresun Mərkəzində yerləşən digər iki şəhərciyi isə GazipaşaNizamiye şəhərcikləridir. Bu şəhərciklər Güredən fərqli olaraq şəhəriçində və tarixi binalarda yerləşir.

Gazipaşa Şəhərciyinə Dəqiq Elmlər və Ədəbiyyat Fakultəsi, peşə məktəbləri, İslam Elmləri Fakultəsi, TÖMER, idman salonu, kitabxana, texnologiya salonu, kimya laboratoriyaları, istirahət və gəzinti sahələri daxildir.

Yataqxanalar

Giresun universiteti qalacaq yerə ehtiyac duyan tələbələrə dövlət və özəl yataqxana imkanları təklif edir. Giresunda Kredi ve Yurtlar Kurumuna bağlı Mərkəz ilçe, Keşap, Tirebolu, Eynesil, Şebinkarahisar ve Alucrada dövlət yataqxanaları mövcuddur.

Mərkəz ilçede 3 ayrı tələbə yataqxanası fəaliyyət göstərir. Güre Şəhərciyində yerləşən Sahil yataqxanaları sadəcə qız tələbələr üçün ayrılmışdır. Buradakı A Blok klassik, B və C Blok isə yarı özəl yataqxanalardır.

Şəhər mərkəzindəki Liman və Gedikkaya Məhəlləsindəki dövlət yataqxanaları tamamilə oğlan tələbələr təsis edilmişdir. Limandakı A və A2 Blok klassik, Gedikkayadakı B blok isə yarı özəl dövlət yataqxanasıdır.

Mərkəzdə yerləşən özəl yataqxanaların əksəriyyəti isə qız tələbələr üçün nəzərdə tutulmuşdur.

Tələbə Mübadilə Proqramları

Giresun Universiteti tələbələrinə bir çox tələbə mübadilə proqramları təklif edir. Erasmus, Farabi, Mevlana, AB çevresi ofisi kimi mübadilə proqramları ilə tələbələr xarici 1 illik və ya 1 semestr müddətinə Avropa və dünya Universitetlərində və ya Türkiyə daxilindəki  digər universitetlərdə təhsillərini davam etdirə və möhtəşəm təcrübələr qazana bilər.

Festivallar

Uluslararası Karadeniz –Giresun Aksu Festivali, Uluslararası Dereli Kümbet Kültür ve Sanat Festivali, Kuşdili Kültür Turizm ve Sanat Festivali, Çıkrıkkapı Yayla Şenliği kimi bir çox festivalı olan Giresun festival və şənliklər baxımından olduqca aktiv bölgədir.

Giresunda Gəziləcək  10 Yer:

  • Giresun Qalası
  • Kulakkaya Yaylağı
  • Kuzalan Şəlaləsi
  • Sis Dağı
  • Kale Məscidi
  • Bedraham Qalası
  • Giresun Uşaq Kitabxanası
  • Millət Baxçası
  • Uluburun Çimərliyi
  • Aymaç Mesire Alanı

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95
(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]