Kafkas Universiteti 11 İyul 1992-ci ildə Türkiyənin Kars şəhərində yaradılmış dövlət universitetidir. Bugün Kafkas Universiteti regional universitet olmaq yolunda sürətli və əmin addımlarla irəliləyən, gələcəyə inamlı və ümidlə bağlı bir yerdə qərar tutub. Universitetimiz 5 müxtəlif şəhərcikdə 11 fakultə, 3 kollec, 9 peşə məktəbi, 1 dövlət konservatoriyası, 3 institut, 18 tədqiqat mərkəzi olmaqla 872 akademik heyətə və 20000-dən çox tələbəyə sahibdir.

Qida və Qalınacaq Yer

Universitetimizin bütün korpuslarında tələbə yeməkxanaları və bufetlə davamlı olaraq xidmət göstərir. Tələbələrimiz Kredi ve Yurtlar Kurumuna aid yataqxanalar ilə özəl yataqxanalarda qala biləcəyi kimi kirayə evlər də tələbələr tərəfindən marağa səbəb olur.

Təqaüd İmkanları

Tələbələrimizə verilən dövlət kredit və təqaüdlərindən əlavə maddi vəziyyəti yaxşı olmayan tələbələrə Kars ve Kafkas Üniversitesi Kalkınma Vakfı tərəfindən təqaüd ayrılır.

Texnologiya İmkanları

Kafkas Universitetinin bütün şöbələrində tələbələrin və tədqiqatçıların sahələri ilə əlaqəli təhsili zamanı tədqiqat imkanlarını artırmaq məqsədli laboratoriyalar mövcuddur. Həmçinin Universitetimizin bütün şöbələrində internetə çıxışı olan kompyuter otaqları vardır.

Sosial, Mədəni və İdman İmkanları

Sosial, mədəni və İdman fəaliyyətləri üçün tələbələrimiz tərəfindən təşkil olunan gəzintilər, məzun gecələri kimi tədbirlərdə təbələrimizə bütün şərait yaradılaraq lazımi köməklik göstərilir. Tələbələrimiz qapalı və açıq idman salonları, idman meydançaları kimi sahələrdə faydalana biləcəyi kimi milli və beynəlxalq idman müsabiqələrində universitetimizi təmsil edə bilir. Həmçinin Universitetimiz şöbələri arasında hər il düvümlı olaraq futbol, voleybol, basketbol və digər idman sahələrində turnamentlər keçirir. Konferans, seminar, konqrest kimi elmi tədbirlər sayəsində tələbələrinin mövcud bilik və təcrübələrini artırır. Tamaşa, sərgi, teatr kimi mədəni tədbirlər və universitetin tərkibində olan tələbə klubları ilə tələbələrinin xidmətindədir.

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95
(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]