Bartın Universiteti 22 May 2008-ci ildə yaradılmış dövlət universitetidir.

Hazırda universitet 16602 tələbəsi, 588 akademik, 388 inzibati heyəti və tərkibindəki 8 fakultə, 3 institut, 2 kollec, 3 peşə məktəbi ilə  fəaliyyətini davam etdirir.

Yataqxana İmkanları

Universitet tələbələrinə Kredi ve Yurtlar Kurumuna bağlı dövlət yataqxanaları təklif edir.

Qidalanma İmkanları

Sosial təsislərdə, yataqxanalarda yaşayan tələbələrə ucuz, keyfiyyətli və gigiyenik normalara uyğun yemək verilməsi, digər ehtiyaclarını bazar qiymətlərindən daha ucuz qarşılamaq məqsədilə yataqxanalar tərkibində restoran, bufet, kinoteatr, konfrans salonları, ayaqqabı təmiri, quru təmizləmə, dəftərxana ləvazimatları, camaşırxana, internet salonları və s. kimi müəssisələr fəaliyyət göstərir.

Sosial Həyat və İdman İmkanları

Universitetdə futbol meydançası, fitnes və qapalı idman salonu vardır. Tələbələr idman imkanlarından istədikləri kimi faydalana bilirlər.

Universitetdə tələbələrin elmi və sosial həyatlarını zənginləşdirmək məqsədilə müxtəlif tədbirlər təşkil edilir. Bu tədbirlər vasitəsilə tələbələrimiz elmi və mədəni sahədə özlərini təsdiqləmiş sənətçi, elm və incəsənət adamları ilə görüşürlər.

Tələbə Klubları

Universitetdə tələbələrin boş zamanlarını faydalı bir şəkildə keçirmələri məqsədilə mədəniyyət, incəsənət, idman, fəlsəfə və kariyera sahələrində yaradılmış 32 tələbə klubu fəaliyyət göstərir.

Festivallar

Bartın şəhərində il ərzində Bartın Mədəniyyət, İncəsənət, Turizm və Çiyələk Festivalı, Bartın Teatr Festivalı, Bartın Universiteti Bahar Şənlikləri kimi bir çox festival keçirilir.

Bahar Şənliklərə çərçivəsində hər il universitetdə Xalq Rəqmləri və Teatr Tamaşaları göstərilir, konfranslar verilir, idman yarışmaları keçirilir və musiqi axşamları təşkil olunur.

Tələbə Mübadilə Proqramları

Bartın Universiteti tələbələrinə bir sıra tələbə mübadilə proqramlarından yararlanmaq şansı verir. Bu proqramlar arasında Erasmus, Mevlana, Farabi kimi Tələbə Mübadilə Proqramları vardır.

Erasmus Tələbə Mübadilə Proqramı Avropa universitetləri ilə qarşılıqlı əlaqələr vasitəsilə tələbələrin və müəllimlərin Avropadakı əməkdaşlıq olunan universitetlərdə təhsilini bir müddət davam etdirməsi imkanı yaradır. Bu proqram vasitəsilə bir çox tələbə və müəllimimiz xaricdəki bir çox universitetə göndərilmişdir.

Farabi Tələbə Mübadilə Proqramı subbakalavr, bakalavr, magistr və doktorantura üzrə tədris verən ali məktəblər arasında tələbə və müəllim mübadiləsini həyata keçirir. Proqramın məqsədi tələbə və müəllimlərin bir və ya iki semestr boyu oxuduqları və ya işlədikləri müəssisə xaricində təhsil və tədris fəaliyyətlərini davam etdirmələridir.

Mevlana Tələbə Mübadilə Proqramı ölkə daxilində təhsil verən ali təhsil ocaqları ilə xaricdə təhsil verən ai təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsini həyata keçirmək məqsədli bir proqramdır. Mübadilə Proqramına qatılmaq istəyən tələbələr ən az bir, ən çox iki semestr üçün bu proqramdan faydalana bilərlər.

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95
(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]