Uşak Universiteti 2006-cı ildə yaradılmış, gənc və dinamik akademik heyəti ilə fəaliyyət göstərən dövlət universitetidir.

Universitet bugün sahib olduğu müəllimləri, tələbə sayı, fiziki imkanları və elmi tədqiqatları, sosial, mədəni və idman tədbirləri ilə ölkənin ali məktəbləri arasında əmin addımlarla irəliləyir.

Universitetin bakalavr təhsili verən 12 fakultəsi, 3 kolleci, subbakalavr təhsili verən 11 peşə məktəbi, magistr təhsili verən 3 institutu ilə 27 tədqiqat mərkəzi mövcuddur.

İkili İxtisas Proqramı

Universitetdə mövcud olan ikili ixtisas proqramının məqsədi bakalavr üzrə ixtisaslarını müvəffəqiyyətlə davam etdirəm tələbələrin eyni zamanda ikinci bir ixtisasda bakalavr diplomu almaq üçün təhsil almalarını təmin etməkdir. Mühəndislik, Dəqiq Elmlər və Ədəbiyyat, İqtisadiyyat və İdarəetmə, İctimaiyyətlə Əlaqələr, İdman Elmləri Fakultələri seçən tələbələr bu proqramdan faydalana bilərlər.

Yan İxtisas Proqramı

Universitet Mühəndislik və Dəqiq Elmlər-Ədəbiyyat Fakultələri üzrə oxuyan tələbələr üçün yan ixtisas proqramı da təklif edir.

Tələbə Cəmiyyətləri

Universitetin Sağlamlıq, Mədəniyyət və İdman Şöbəsinin tərkibində 72-si mədəniyyət, 12-si idman olmaqla ümumilikdə 84 tələbə cəmiyyəti fəaliyyət göstərir.

Yataqxana və Sosial İmkanlar

Kredi Yurtlar Kurumunun tabeliyində universitetin Bir Eylül şəhərciyində yerləşən 2 Qız Yataqxanası və 2 Oğlan Yataqxanası mövcuddur. Bundan əlavə, şəhər mərkəzində tələbələrə xidmət göstərən bir çox özəl yataqxana və tələbə evləri də vardır.

Universitetin Bir Eylül şəhərciyi Uşak şəhər mərkəzindən avtobusla 10 dəqiqəlik məsafədə yerləşir.

Universitet tələbələrin maraqları və qabiliyyətlərinə uyğun olaraq incəsənət və mədəniyyət sahələri üzrə rəsm, fotoqrafiya, əl işləri, musiqi, xalq rəqsləri, müasir rəqslər, teatr və fəaliyyət sahələrində kurslar, çalışma qrupları, xorlar yaradır və bunlarda iştiraklarını təmin edir.

Təqaüd İmkanları

Universitet şəhərciyində Sağlamlıq, Mədəniyyət və İdman Şöbəsi tərkibində təqribi olaraq 200 nəfərlik tələbənin part-time olaraq işləməsinə şərait yaradır. Tələbələr ayda maksimum 60 saat işləmə qarşılığında 500 Tl qazana bilir. Bundan əlavə, yemək təqaüdü də mövcuddur.

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95
(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]