Türkiyə dövlət universitetlərində illik təhsil haqları təqribən 305 AZN ilə 950 AZN arasında dəyişir. Əslində Türkiyə dövlət universitetləri illik ödəniş baxımından digər ölkələrlə müqayisədə dəfələrlə ucuz və sərfəlidir. Bunu da qeyd etmək lazımdır ki, Türkiyədə illik təhsil haqqı ucuz olsada təhsil keyfiyyəti digər ölkələrdən çox yüksəkdir.
Eskişehir təhsil mövzusunda Türkiyənin ən öndə gedən bölgələrindən sayılır. Daxilindəki universitetlər şəhərin akademik reytinqinin hər il olduqca yuxarılarda qalmasına şərait yaradır.
Hər il davamlı olaraq Türkiyənin ən yaxşı 30 universiteti sıralamasında öz yerini qoruyub saxlayan Eskişehir Osmanqazi universiteti, bu adla rəsmi olaraq 1993-cü ildən fəaliyyətə başlamışdır.
Verdiyi təhsilin Avropa standartları ilə ayaqlaşması və müasir tədris imkanları bu universiteti əcnəbiləbi tələbələrin də ən sevimlisinə çevirmişdir.
Türkiyənin Eskişehir bölgəsinə yerləşən universitet özünün tələbə şəfərciyi və kampusları ilə tələbələrinə rahat və rəngarəng tələbə həyatı vəd edir.
2015-2016-cı tədris illəri etibarilə universitetin tərkibində 11 fakültə, 1 dövlət konservatoriyası, 4 peşə məktəbi, 5 institut fəaliyyət göstərir.
Həm magistr, həm bakalavr, həm də doktorantura pilləsi üzrə xarici tələbələri yüksək səviyyədə qəbulunu həyata keçirən universitetdə bu gün müvaifiq olaraq 1264-ü doktorant, 3813-ü magistr, 22857-si bakalavr olmaqla ümumilikdə 29822 yerli və əcnəbi tələbə təhsil alır.
Günümüzün ən prestijli ixtisaslarının tədris edildiyi ali təhsil müəssisəsinin əsas məqsədi gələcəyə əsl və peşəkar mütəxəssislər yetişdirməkdir.
Fakultələr
- Tibb Fakultəsi
- Stomatologiya Fakultəsi
- Dəqiq Elmlər – Ədəbiyyat Fakultəsi
- Mühəndislik-Memarlıq Fakultəsi
- İqtisadiyyat və İdarəetmə Elmləri Fakultəsi
- İlahiyyat Fakultəsi
- Pedaqoji Fakultə
- Sağlamlıq Elmləri Fakultəsi
- İncəsənət və Dizayn Fakultəsi
- Turizm Fakultəsi
- Əkinçilik Fakultəsi
Eskişehir Teknik Universiteti
Türkiyənin Eskişehir ilində yerləşən digər prestijli universitet isə Eskişehir Teknik Universitetidir. Universitet Türkiyədə yeganə pilotluq təhsili verən dövlət universitetidir.
“Gələcək üçün yatırım” sloqanı ilə 2018- cildən rəsmi fəaliyyətə başlayan universitetdə tədris türk və ingilis dillərində həyata keçirilir.
Yarandıqdan bir il sonra artıq universitetin 1.317 işçisi ve 12.000-dən artıq tələbəsi var idi.
Bundan əlavə universitet bir çox sahədə ilklərə imza atmışdır.
- Türkiyənin ən böyük universitetlərindən bir olan ali təhsil müəssisəsi 2007-ci ildə aldığı lisenziyayaəsasən dünyanın ilk lisenziyalı hava limanı olan universitet adını almışdır.
- Seysmik izolyatorların sınaqdan keçirilə bildiyi yeganə mərkəzdə məhz bu universitetdir. Eskişehir Teknik Universiteti “Seysmik İzolator Mərkəzi” dünyanın ən yaxşı 5 mərkəzindən biri hesab edilir.
Təhsilin bütün pillələri üzrə tələbə qəbulu həyata keçirən universitet əsl mütəxəssis heyyəti və verdiyi müasir təhsillə gələcəyə əsl mütəxəssis yetişdirməyə xidmət edir.
Fakültələr
Elm fakültəsi
Memarlıq və dizayn fakültəsi
Hava və Astronavtika
1986-cı ildə ‘Mülki Aviasiya Peşə Liseyi’ olaraq quruldu. 1992-ci ildə ‘Mülki Aviasiya Kolleci’ adlandırıldı. Nəhayət 2012-ci ildə ‘Aviasiya və Kosmik Elmlər Fakültəsi’ adlandırıldı.
Mühəndislik fakültəsi
Fakültə ilk olaraq 1970-ci ildə “Eskişehir Dövlət Mühəndislik-Memarlıq Akademiyası” olaraq quruldu. 1983-cü ildə “Mühəndislik və Memarlıq Fakültəsi” adlandırıldı. 1993-cü ildə fakültənin alt quruluşu, maşın və avadanlıqları Osmangazi Universitetinə verildi. 1994-cü ildə yeniləndi və yenidən təhsilə başladı. 2012-ci ildə fakültədəki memarlıq şöbəsi ayrılmış və fakültənin adı “Mühəndislik Fakültəsi” olaraq dəyişdirilmişdir.
Eskişehir Dövlət Üniversitetlərinə Qəbul Üçün Lazımı Sənədlər
Bakalavr təhsili üçün aşağıdakı sənədləri toplayıb bizə müraciət edə bilərsiz:
Atestat və ya Arayış: Bir çox orta təhsil qurumlarında və ya məktəblərdə diplom (attestat) zamanında verilmədiyinə görə tələbələrimizin son kursda/sinifdə oxuduğuna dair sənəd gətirmələri kifayətdir.
Transcript oxuduğunuz təhsil müddətində bütün dərslərinizin qiymətlərini və not ortalamasını göstərən bir sənəddir. Bu sənəd məktəbinizdəki məsul şəxs tərəfindən göstərdiyimiz formatda doldurulmalı və şirkətimizə təqdim olunmalıdır. Sənəd türk dili və ya ingilis şriftləri ilə doldurulmalıdır. Sənəd tamamilə komputer vasitəsilə doldurulmalı, print edilməli və sadəcə məktəb direktoru tərəfindən möhürlənib imzalanmalıdır.
Xarici Pasport : Sənəd turk dilinə tərcümə təsdiq edilməlidir. Əgər pasportunuz hələ yoxdursa şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərsiniz. Unutmayın ki, qeydiyyata gedərkən sizdən pasport tələb olunacaq.
İmtahan: YÖS, TYS, TOEFL, SAT kimi imtahan nəticələri müvafiq proqramlara uyğun olaraq tələb olunur.
Fotoşəkil: 4 ədə 3×4, 4 ədəd 4.5×6 formatda şəkil təqdim edilməlidir.
[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]