İngilis dilini öyrənmək problemi – Yaxşı dil kursu necə olmalıdır?

İngilis dili “Beynəlxalq ortaq dil” statusunu almış ilk dildir. Dünyanın bir sıra hegemon dövlətlərində dövlət dili olmaqla yanaşı, milyonlarla insanın da ikinci dilidir. Əhatə dairəsi bu qədər geniş olduğuna görə İngilis dilinə olan tələbat da buna müvafiq olaraq çoxdur. İngilis dilinin tarixi erkən əsrlərə gedib çıxır. Mənşə etibarilə Hind – Avropa dil ailəsinə aid olan İngilis dilinin birinci versiyası indiki halından tamam fərqlənir. Əsrlər ərzində əsaslı şəkildə dəyişmiş bu dildə ilk yazılı material 9-10-cu əsrlərə aid olan epik əsər sayılır. Dəyişikliklərin səbəbi isə tarix boyunca mövcud olan daimi istilalardır.

Son bir neçə ildir ki, İngilis dili öyrənməyin vacibliyi dedikdə ağıla gələn səbəblərin siyahısı artıb. İngilis dilini bilmək artıq elə də nadir tapılan üstünlük sayılmır.

Xarici dil öyrənmək dünyagörüşünüzə müsbət təsir etməklə bərabər daha böyük kütləyə müraciət etmək şansı da yaradır. Siz savadınızı göstərməklə bərabər İngilis dilini bilməklə təhsilinizi xaricdə davam etdirə bilərsiniz.

Dünyanın əsas dili olan İngilis dilini bilmək və bu dildə sərbəst şəkildə danışmaq bir çox insanın istəyidir. İngilis dili öyrənməyin faydalarından nə qədər danışsaq az olar. Bu dil sizə hər zaman rahatlıqla yeni ünsiyyət yaradacaq gücə sahibdir. Çünki bu dili öyrənməklə siz iş həyatında hər zaman öndə olmuş olursunuz və digər həmkarlarınızdan daha tez iş tapa bilirsiniz.

Yaxşı ingilis dili kursu necə olmalıdır?

Hazırki zamanda ingilis dili kurslari ətrafımızda addım başı rast gələcəyiniz məkana çevrilmişdir. Xüsusilə böyük şəhərlərdə sizə 0-dan başlayaraq 2 aya ingilis dilində danışacağınıza zəmanət verən kurslar belə var. İlk öncə onu qeyd edim ki, istənilən bir dil öyrənmək 2 ay ərzində öyrəniləcək qədər asan deyil. Əgər xarici dil öyrənmək məqsədiniz varsa, bunun üçün öz üzərinizdə mərhələli şəkildə çalışmalı, vaxtınızın müəyyən bir qismini bu işə xərcləməlisiniz. Bu işin başında da düzgün seçilmiş müəllim və kurs heyəti durur. Bunun üçün də bir sıra nüanslara fikir vermək lazımdır. Məsələn:
İstənilən bir kursda qrup şəklində olan ingilis dili dərslərinə yazılırsınızsa ilk soruşacağınız sual qrupda neçə tələbənin olmasıdır.

İstənilən bir kursda qrup şəklində olan ingilis dili dərslərinə yazılırsınızsa ilk soruşacağınız sual qrupda neçə tələbənin olmasıdır. Əgər qrupda tələbə sayı 5-dən çoxdursa fərdi hazırlaşmaq daha məqsədəuyğundur. Çünki, müəllim az tələbəyə çox vaxt sərf etməklə bir fikri daha yaxşı çatdıra bilər, nəinki çox tələbəyə. Lakin bir nüansa da toxunmaq lazımdır ki, əgər ingilis dilinə 0-dan başlayırsınızsa, fərdi müəllimlə hazırlaşmağınız daha məqsədəuyğun olar.

Amma dili bilmə səviyyəniz “elementary” səviyyəsindən yuxarıdırsa, qrup dərslərə qatılmağınız sizin üçün daha faydalı olar. Bunun sizə əsas faydası odur ki, qrupda müəllimlə və digər tələbələrlə ingilis dilində diskussiyalar aparmaq dili mənimsəməkdə sizə fərdi dərsdən daha çox yardımçı olacaq.

Kursda müəlliminizin dərsi başa salma potensialı yüksək səviyədə olmalıdır. Kursda qeydiyyatdan keçməzdən əvvəl mütləq sınaq dərsində oturmalı və müəllimin dərsi necə izah etməyini görməlisiniz. Əgər müəllimin dərsi izah etmə metodunu başa düşməkdə çətinlik çəkirsinizsə, çox sadə… Başqa müəllim axtarın.

Müəllimi seçərkən onun dərsdə qrammatikaya yoxsa danışığa üstünlük verdiyinə diqqət yetirin. Əgər dili danışıq üçün bilmək istəyirsinizsə, qrammatikaya bir o qədər də vaxt sərf etməyin. Necə ki, Azərbaycan dilində tamamlığın vasitəli və vasitəsiz növlərini bilməyimiz danışığımızda elə də əhəmiyyət kəsb etmədiyi kimi, ingilis dilinin də qrammatikasını dərindən öyrənmək bizim danışığımızda bir önəm kəsb etmir. Sadəcə ingilis dilində qrammatik savadımızı artırır.

Şərh Yazın