Orta Doğu Texniki Universiteti və ya qısaca ODTU 1956-ci ildə Ankara şəhərində qurulmuşdur. Bu günə qədər 120 mindən artıq məzunu olan universitetin tədris dili ingilis dilidir.

Tələbələr

2016-2017 akademik ilində təqribən 27.000dən çox tələbə qeydiyyatdan keçmişdir. Bu tələbələrin təqribən 35%-i magistr proqramlarına qəbul olmuşdur.

Hər il 94 fərqli ölkədən müəyyən akademik göstəricilərə malik 1700-dən çox tələbə təhsilini ODTU-də davam etdirməkdədir.

Bir çox ülkədən bakalavr və magistr tələbələri “Xüsusi Tələbə” və ya “Mübadilə Tələbəsi” olaraq bir semetr və ya bir il boyu ODTU-də təhsilini davam etdirir. ODTU hazırda bir çox xarici universitetlərlə Tələbə Mübadilə Proqramı fəaliyyətini davam etdirir.

Tələb Olunan İmtahan Nəticələri

Universitetə qəbul aşağıdakı imtahanlar üzrə aparılır:

Ankara Korpusu üzrə:

  1. SAT: 1600 üzərindən 1200 bal (Riyaziyyat minimum 680)
  2. TQDK: 700 üzərindən 650 bal.
  3. İngilis dili: İELTS: 6-6.5, TOEFL 75

Şimali Kipr Korpusu üzrə:

  • SAT: 1600 üzərindən 1000 bal (Riyaziyyat minimum 600)
  • TQDK: 700 üzərindən 550 bal.
  • İngilis dili: İELTS: 6-6.5, TOEFL 75

Təqaüd İmkanları

Universitetimizdə təhsil alan xarici tələbələr akademik uğurlarına görə təhsil haqqı endirimindən yararlana və ya təhsil haqqından tamamilə azad oluna bilər. Bu endirim və ya azad olunmadan yararlanmaq üçün müraciət etmənizə ehtiyac yoxdur. Hər akademik ildə tələbələrin akademik müvəffəqiyyətinə görə dəyərləndirmə aparılır. Təhsil haqqı endirimi əldə edən və ya tamamilə azad olan tələbələr e-poçt yolu ilə məlumatlandırılır.

Bundan əlavə xarici tələbələrin müraciət edə biləcəyi bir sıra təqaüd proqramları da mövcuddur.

Akademik Proqramlar

ODTU-da 5 fakultə, 5 institut, 41 bakalavr, 105 magistr və 70 doktorluq proqramı, ingilis dilində tədris verən Xarici Dillər Kolleci, ODTU-nin Şimali Kipr şəhərciyinə bağlı 15 bakalavr və 5 magistr proqramı fəaliyyət göstərməkdədir.

Akademik İl

ODTU-də akademik il iki hissədən ibarətdir. Akademik ilin birinci semetri Sentyabr ayının son həftəsi başlayır və Yanvar ayının ortasında bitir. İkinci semestr Fevral ayının ortasında başlayır və İyun ayının ortasında yekunlaşır. ODTU-da semetr dərslərindən ibarət Yay Məktəbi və beynəlxalq tələbələrin maraqlarını çəkəcək dərslərdən ibarət Beynəlxalq Yay Məktəbi də mövcuddur.

Yüksək Təhsil Standartları

ODTU bölgəsində olduqca nüfuzlu tədqiqat universitetidir. 1700-dən çox xarici tələbəsi təhsil və tədqiqat sahələrində istər dərinlik, istərsə geniş əməkdaşlıqları ilə beynəlxalq əlaqələr baxımından Türk universitetləri arasında birincidir.

Universitet Şəhərciyi

Ankarada yerləşən təqribən 30 km2-i meşəlik ərazi olmaqla 45 km2 ilə ODTU Türkiyənin ən böyük şəhərciklərindən birinə sahib olan bir universitetdir. Tərkibində tədris fəaliyyəti davam edən fakultələri, 7000-dən çox insanı barındıran yataqxanaları, alış-veriş mərkəzləri, bankları, müxtəlif idman fəaliyyətləri üçün qapalı idman salonları, tennis və futbol meydançaları, olimpik qapalı hovuzu, açıq hovuzu kimi binalar vardır.

Tələbə Həyatı

Akademik il boyunca tələbələr şəhərcikdə keçirilər incəsənət tədbirlərindən, sərgilərdən, musiqi konsertlərindən və çox müxtəlik sosial və akademik fəaliyyətlərdən yararlana bilər. Bunların çoxu ODTU-nun yeni tikilən Mədəniyyət Konqresi Mərkəzində həyata keçirilir.

Ətraflı Məlumat üçün Bizə Zəng Edin!

(+994 12) 505 83 95
(+994 55) 208 86 78

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]