Yıldız Texniki Universiteti 1911-ci ildə Türkiyənin İstanbul şəhərində qurulmuşdur. Türkiyənin əsas universitetlərindən biri olan Yıldız Texniki Universitetində təhsil ingilis və türk dillərində aparılır.
Akademik Sistem
Yıldız Texniki Universiteti bugün 25000-dən artıq bakalavr, 9000-dən artıq magistr tələbə və 1700 akademik heyət ilə akademik fəaliyyətini davam etdirir. Tərkibində 11 fakultə, 2 institut və 3 Kollec mövcuddur.
Təqaüd İmkanları
Yıldız Texniki Universiteti Türkiyə Bursları proqramı ilə tələbə qəbul edən universitetlərdən biridir.
Universitetə Qəbul Qaydaları
SAT: 1600 üzərindən ən az 1200 ümumi bal (“Math” testindən 800 üzərindən ən az 640 bal)
YÖS: 100 üzərindən təqribi 55 bal.
TQDK: 700 bal üzərindən ən az 560 bal.
Şəhərciklər
Universitetin bakalavr və magistr tədris programları Yıldız, Davutpaşa və Ayazağada davam etdirilir. Yedikule isə Yıldız Texniki Universiteti İstanbul Tarixi Yarımada Tətbiq və Tədqiqat Mərkəzi yerləşir. İkitellidə Texnopark, Rumeli Hisarında və Ankarada sosial təsisləri mövcuddur.
Kitabxana İmkanları
Bütün Yıldız Texniki Universiteti mənsubları kitabxanadan evə kitab borc götürə bilir. Kitabxana iki ayrı binada xidmət göstərir. Kitabxananın veb səhifəsi üzərindən bütün elektronik kaynaqlara və çap nəşri kataloquna daxil olmaq mümkündür.
Tələbələrin Rəhbərlik və Məsləhət Mərkəzi
Tələbələrə psixoloji və sosial cəhətdən dəstək olmaq məqsədilə qurulmuş Tələbə Rəhbərlik və Məsləhət Mərkəzi tələbələrin universitetdə təhsil aldığı müddətdə yaranan müxtəlif şəraitlərə fiziki və ruhi cəhətdən uyğunlaşmasını təmin etməkdə kömək edir. Tələbə Rəhbərlik və Məsləhət Mərkəzi bu məqsədlə peşə və sosial həyata hazırlayar, onların təqaüd, yemək kimi fikizi problemlərinə çarə tapmağa çalışar.
Universitetdə Mədəniyyət və İdman Tədbirləri
Universitetdə mədəniyyət və idman tədbirləri Sağlamlıq, Mədəniyyət və İdman Şöbə Başqanlığının dəstəyi və Rektorluğa bağlı olan Bədən Tərbiyəsi İxtisası tərəfindən təşkil edilir. Hər ilin əvvəlində keçirilən seçkilər əsasında Universiteti təmsil edəcək idmançılar seçilir.
Fakultələr
- Elektrik-Elektronika Fakultəsi
- Mexanika Fakultəsi
- Gəmi inşaatı və Dənizçilik Fakultəsi
- Memarlıq Fakultəsi
- İqtisadiyyat və İdarəetmə Fakultəsi
- Dəqiq elmlər- Ədəbiyyat Fakultəsi
- İnşaat Fakultəsi
- Kimya-Metallurgiya Fakultəsi
- Pedaqoji Fakultə
- İncəsənət və dizayn Fakultəsi
Ətraflı Məlumat üçün Bizə Zəng Edin!
(+994 12) 505 83 95 (+994 55) 208 86 78
Qeydiyyat
[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]