Tələbəlik İllərində İşləməyin Məzun Olduqdan Sonra İş Həyatına Qatacağı Faydalar

Oxuyaraq işləyən bir çox universitet tələbəsi görürük. Yaxşı, bəs bu tələbələr sadəcə pul üçün işləyirlər, yoxsa hədəflərinə doğru əmin addımlarla irəliləyirlər? Budur, tələbələrik dövründə işləmənin məzuniyyət sonrasında iş həyatına qatacağı faydalar.

Pul Qazanmaq

Ağla gələn ilk fayda ilə başlayaq. Tələbəlik dövründə işləyənlər – təcrübə dövrü varsa bu dövr bitəndən sonra, yoxdursa birbaşa olaraq pul qazanmağa başlayırlar. Gənc yaşlarda pul qazanmağın xoşbəxtliyini dadmaqları ilə birlikdə, bu pulu idarə etməni də öyrənirlər. Yəni iş həyatına başladıqları zaman pulu idarə etməkdə çətinlik çəkməyərək rahat bir həyat yaşayırlar.

Nəzəri bilik və praktika

Tələbəlik dövrlərində işləyənlər nəzəri bilikləri praktikada öyrənir və ən əhəmiyyətlisi isə bu nəzəri biliyi praktikaya tətbiq etməyi öyrənirlər. Bu ikisi arasındakı bağlılıq olduqca əhəmiyyətlidir. Çünki tələbə ikən işləməyən insan məzun olduqdan sonra təcrübə keçmək və yeni bilgilər öyrənməklə vaxt itirirlər. Fəqət tələbə olaraq işləyən insan hələ məzun olmadan həm məktəb bilgisini yeni bilgilərlə artırar, həm də bu bilgini təcrübəyə tətbiq edər. Bu nəzəri bilik və təcrübə ilə məzun olduqdan sonra hədəfləri daha dəqiq olaraq müəyyənləşmiş olar. 

Özünü Tanımaq

Oxuyaraq işləmək insana özünü tanıma şansı verir. İnsan bu müddət içində özünü bir çox mənfi və ya müsbət vəziyyətlərin içində tapır. Mənfi vəziyyətlər əskiklərini görməsinə səbəb olarkən, müsbət vəziyyətlər güclü yanlarını kəşf etməsinə səbəb olur. Bunun sayəsində insan məzun olduqdan sonra iş həyatına özünü tanıyaraq başlayar və əskikliklərini tamamlamağa çalışar.

Vaxtı İdarə Etmək

Oxuyaraq işləyənlər zaman idarə olunmasını tamamilə öyrənirlər. Dinamik həyat templəri ilə həyatlarına nəzarət edərlər. Qazandıqları bu əhəmiyyətli xüsusiyyət, yeni məzun olduqlarında effektiv şəkildə işləmələrini, bu sayədə isə uğurlu olmalarını təmin edər.

Asanlıqla İş Tapmaq Şansı

Tələbəlik dövründə işləməyənlərə nəzərən işləyənlər çox daha asanlıqla iş tapa bilir. Çünki tələbəlik dönəmində işləyən insan nəzəri bilgi və praktikaya artıq sahibdir. Bu xüsusiyyətlərdən əlavə gənc və enerjili olması da iş tapmasını asanlaşdırır. Şirkətlər bilgi və praktikaya sahib insanlarla işləməyə üstünlük verir. Tələbəlik dövrlərində işləməyən yeni məzun olanların işə götürülməsi isə daha az ehtimaldır. Bunun nəticəsində isə həmin insanlar işsizlik səbəbi ilə başqa sektorlarda işləyirlər.

Təcrübə və Sınaq Müddətinin Olmaması

Budur, daha bir gözəl fayda! Tələbəlik müddətində işləyən insanlar məzun olduqdan sonra şirkətlərin təcrübə və sınaq müddətlərinə məruz qalmırlar. Çünki onlar tələbəlik dövrlərində bu müddəti çoxdan keçmiş olurlar.

Qeydiyyat

[contact-form-7 id=”2250″ title=”Qeydiyyat”]