Türkiyədə yaşam xərcləri

Türkiyə dövləti bir çox qabaqcıl ölkəyə nisbətən çox aşağı təhsil haqqı qiymətləri ilə yüksək keyfiyyətli təhsil proqramları təklif etməsi ilə bərabər, təhsil və yaşam xərcləri olduqca münasib olan bir ölkədir. Türkiyə universitetlərində təhsil keyfiyyətinin yüksək səviyyəli olmasına baxmayaraq, təhsil haqqının münasib qiymətləri ilə nəinki azərbaycanlı tələbələrin, həmçinin beynəlxalq tələbələrində Türkiyədə təhsil almağı seçməsinə səbəb olur. Əlbəttə ki, qiymətlər təhsil aldığınız dərəcədən və ixtisas fakültənizdən, həmçinin universitetin yerləşdiyi şəhərdən asılı olaraq dəyişsədə, Avropa ölkələrinə nisbətən olduqca münasibdir.

Türkiyədə yataqxanaya nə qədər pul çıxır?

Türkiyə dövlət universitetlərində demək olarki dövlət yataqxanalarında Azərbaycan vətəndaşlarına yer vermirlər. Buna görədə şirkətimiz gedən tələbələrə evlər və ya özəl yataqxanalar tutur. Yataqxanaların və evlərin qiyməti orta hesabla 1000 TL ilə 5000 TL yəni, 100 AZN la  500 AZN arası və s dəyişməkdədir. Bu qiymət sizin seçəcəyiniz yataqxanın şəraitindən, universitetlə arasındakı məsafədən və seçdiyiniz şəhərdən, yerdən asılı olaraq dəyişir.

Türkiyədə illik təhsil haqqı nə qədərdir?

Türkiyə dövlət universitetlərində illik təhsil haqlar 300-5000 AZN arasında olur. Əslində Türkiyə dövlət universitetləri illik ödəniş baxımından digər ölkələrlə müqayisədə dəfələrlə ucuz və sərfəlidir. Bir məsləhətçi kimi onuda qeyd edimki Türkiyədə illik təhsil haqqı ucuz olsada təhsil keyfiyyəti digər ölkələrdən çox yüksəkdir. Hətta bu qədər ucuz illik təhsil haqqını iki hissəyə bölüb 6 aydan bir ödəyəcəksiniz.

Türkiyəyə yol pulu nə qədərdir?

Türkiyə dövlət universitetlərinə qəbul olduqdan sonra sizin universitetə Azərbaycandan getməyiniz üçün 40-70 Dollar arası xərciniz çıxa bilər. Bu avtobusla gediş qiymətidir. Adətən biletlər 50 Dollar dəyərində olur.

Tibbi sığorta və daimi qeydiyyat üçün ödəniş nə qədərdir?

Sığorta ödənişləri :

  • 16 – 25 Yaş aralığı : 2000 TL (2 illik)
  • 26 – 35 yaş aralığı : 2200 TL (2 illik)

Şərh Yazın